PROSTAT VƏZİN ADENOMASI


• Tez-tez sidiyə getmə
• Sidik axını təzyiqinin zəif olması
• Sidik kisəsinin tam boşalmama hissi 
• Sidik saxlaya bilməmə
Bütün bu əlamətlər daha çox 40-50 yaş sonrası kişilərdə baş verən prostat vəzin adenoması xəstəliyinin göstəricisi ola bilər.Adenomanın səbəbi,yaşla əlaqədar kişilərdə baş verən hormonal dəyişikliklır,daha dəqiq desək,testosteronun miqdarının azalması və əksinə estrogenin artması ilə bağlıdır.Ağırlaşmalarına sidiyə çıxa bilməmək və sidik yollarının iltihabı aiddir.İlkin mərhələdə xəstəliyin inkişafını dayandırmaq mümkündür.Xəstələr vaxtında mütəxəssisə müraciət edib,təyin olunan müalicəyə riayət etsələr prostat vəzin həcmcə böyüməsinin və sidik ifrazı ilə bağlı pozğunluqların qarşısını ala bilərlər.Müalicəni gecikdirdikdə isə ağırlaşmaların baş vermə riski artır və müalicə də yalnız cərrahi yolla mümkün olur.

Rəy bildir