Yay fəslinin gəlişi,istilərin düşməsi aşırı tərləyən insanlar üçün kabusa çevrilir.Sağlam insanın orqanizmində tərləmə ətraf mühitin temperaturunun artması və fiziki,psixoemosional gərginlik nəticəsində baş verir.Hiperhidroz isə,hərəkət aktivliyinin artması,temperaturun artması kimi fiziki faktorlardan asılı olmayan aşırı tərləmədir.Xəstəlik, ondan əziyyət çəkənlərin psixoloji narahatçılığına səbəb olur və onların sosial həyatına mənfi təsir göstərir.Bəs bu xəstəlikdən necə yaxa qurtarmalı?  Hiperhidrozun ümumi və lokal növləri var.Ümumi tərləmə zamanı tər bütün bədən səthini əhatə edir və adətən bu növ tərləmə sinir sistemi,endokrin və bir sıra infeksion xəstəliklərlə müşayiət olunur.Yerli hiperhidroz zamanı isə sinir sisteminin həddən artıq oyaq olması ilə əlaqədar olaraq pəncə,ovuclar,qoltuqaltı nahiyyə,diz və dirsək büküşlərində aşırı tərləmə müşahidə olunur.

Tər,dərialtı-piy toxumasında yerləşən piy vəzləri tərəfindən ifraz edilir.Ən çox piy vəziləri qoltuqaltı nahiyyədə,pəncə və ovuclarda yerləşir.Tər, tərkibində duzlar(xlorid,fosfat,sulfat,Na,K)  və üzvi maddələr olan sudan ibarətdir.Bu maddələr və onların qatılığı fərdi olaraq dəyişdiyi üçün hər bir insanın tər qoxusu da eyni deyildir.

Fizioloji tərləmə,orqanizmi zərərli maddələrdən təmizləyən əsas şərtlərdən biri hesab edildiyi halda,hiperhidroz isə bəzi nevroloji,psixi və somatik xəstəliklərin simptomu ola bilər.

Tər,bakteriyaların çoxalması əlverişli mühit hesab olunur.Buna görə də hiperhidrozla mübarizədə şəxsi gigiyenaya riayət olunması əsas şərtlərdəndir.Aşırı tərləmədən əziyyət çəkənlərə sintetik parçalardan hazırlanmış geyimlərdən istifadə etməmək,rahat ayaqqabi geyinmək,alkoqol,kofe,nikotindən,ədviyyatla zəngin qidalardan uzaq durmaq məsləhət görülür.

Lokal hiperhidrozun müalicəsində ən müasir və effektiv üsul botoks hesab olunur.Botoks proseduru sayəsində  pasient 6-8 ay müddətində qoltuqalti,üz,ayaq və ovucların tərləməsindən tam xilas ola bilər.

Rəy bildir