Müasir dövrdə cərrahlar daha çox laparoskopik əməliyyatlara üstünlük verirlər.Laparoskopiya- orqanları görmə imkanı yaradan optik alətlər vasitəsilə icra olunan müasir əməliyyat və diaqnostika üsuludur.Laparoskopik əməliyyatların geniş yayılmasına səbəb açıq əməliyyatlarla müqayisədə risk faktorunun az olmasıdır.Bu tip əməliyyatların açıq əməliyyatlardan üstünlükləri aşağıdakılardır:

  • Reabilitasiya dövrünün az olması
  • Yaraların daha sürətli sağalması
  • Əməliyyatsonrası ağırlaşma riskinin minimuma enməsi
  • Bəzi laparoskopik əməliyyatlardan sonra stasionar yatışa ehtiyac  olmaması
  • Spayka və yırtıqların əmələ gəlmə ehtimalının dəfələrlə az olması
  • Laparoskopik əməliyyatlar açıq əməliyyatlara nisbətən daha sürətlə icra olunur ki,bu da öz növbəsində qanaxma riskini də minimuma endirir.
  • Əməliyyat sonrası xəstənin daha az ağrı hiss etməsi

Laporoskopik üsulun geniş yayılması bu metodun istər müalicə, istərsə də xəstəliklərin diaqnostikasında  əvəzolunmaz olduğunun  göstəricisidir.Laporoskopik əməliyyatların icrası zamanı xəstənin qarın boşluğunun divarında əməliyyat alətlərinin ,ucunda videokamera və işıq mənbəyi olan borunun keçirilməsi üçün üç dəlik açılır.Əməliyyat zamanı pasientin qarın boşluğuna yeridilən karbon qazı və əməliyyat sahəsinin  görüntüsünü monitorda 40 dəfəyədək böyütmək imkanı əməliyyatın dəqiq icrasına şərait yaradır.

Rəy bildir