Məlumdur ki,saçın strukturuna  ekoloji mühitin çirklənməsi,balanslaşdırılmamış qida,stress və digər xarici faktorlar təsir göstərir.Hətta gur və qalın saçlar belə, orqanizmdə yaşla əlaqədar  baş verən  dəyişikliklərlə bağlı olaraq da nazikləşə və seyrəkləşə bilər.Sevindirici haldır ki,hazırki dövrdə saç tökülməsi probleminin effektiv mülicə üsulları mövcuddur.Bu üsullardan biri də plazmoterapiyadır.Plazmoterapiya-saçları hüceyrə səviyyəsində bərpa etməyə yönəlmiş inyeksiyon müalicə üsuludur.Bu üsul hətta yaşlı pasientlər üçün də eyni dərəcədə effektivdir.

Plazmoterapiya (plazmoliftinq) artıq bir neçə seansdan sonra öz müsbət nəticəsini göstərir:saçlar daha sağlam,gur və möhkəm olur.Prosedur 3 mərhələdə aparılır:

  • Pasientin özündən qan alınaraq xüsusi,steril probirkaya yığılır.Bu prossesin adi laborator müayinə üçün qanalmadan heç bir fərqi yoxdur.
  • İkinci mərhələdə pasientdən alınmış qan trombositlərlə zəngin plazmanın ayrılması üçün xüsusi sentrifuqaya yerləşdirilir
  • Ən son mərhələdə isə trombosit kütləsi ilə zəngin plazma inyeksiya şəklində pasientin baş dərisinə yeridilir.

Plazmoliftinqin ən üstün özəlliyi isə tətbiq edildikdə heç bir allergik reaksiyanın və digər əks təsirin olmamasidir,belə ki,inyeksiya üçün preparat pasientin öz qanından hazırlanır.Tamamilə təhlükəsiz olmaqla yanaşı plazmaliftinq saçların bərpasında mükəmməl nəticə verir.

Rəy bildir