Qalxanvari vəz boğazın ön səthində qırtlaqdan bir qədər aşağıda yerləşir. Bu vəz normal halda qadınlarda 20 kub sm həcmində olur və gözlə görünmür, kişilərdə isə 25 kub sm həcmində olaraq xirtdək şəklində seçilir.

Qalxanvari vəzi tireoid hormonları hasil edir və bu hormonlar bütün orqanizmin fəaliyətinə təsir göstərir, maddələr mübadiləsini, ürək-damar sisteminin fəaliyyətini, boy artımı və orqanizmin inkişaf prosesini və s. tənzimləyir. Qalxanvari vəzi ümumi hormonal sistemin “dirijoru” adlandırırlar. Bu vəzin xəstəlikləri zamanı onun hormonlarının qanda səviyyəsinin həm anormal artması, həm də azalması orqanizmin normal fəaliyyətinin pozulmasına gətirir, sinir, qan damar, cinsiyyət sistemi, maddələr mübadiləsi və s. zərər çəkir.

Qalxanvari vəzin gözlə görünən böyüməsinə boğaz uru deyilir ki, bunu da çox adam “zob” adlandırır. Bu söz isə rus dilində “çinədan” mənasını verir – boğaz uru olan xəstələrin boğazının ön hissəsi artaraq quşların çinədanını xatırladır. Boğaz uru müstəqil xəstəlik deyil, bu qalxanvari vəzin bir sıra xəstəliklərinin əlamətidir.

Hal-hazırda 25 may Dünya Tiroid günü ilə əlaqədar Medical Plaza klinikasında endokrinoloji şikayəti olan pasientlərin həkim müayinəsi pulsuzdur. Buyurun siz də faydalanın!

Rəy bildir