Əllərin hər kvadrat santimetrində təxminən 4000-6000 bakteriya mövcuddur. Bəzi bakteriyaların sağlam dəridə olması normal olsa da, xəstəliklərə səbəb olan bir çox bakteriyaların olması infeksiyalara yol açır. Bu bakteriyalar əsasən barmaqların ucunda, dırnaqlar altında və ovuc içində olur. Bu səbəblə əl yuma prosesi xüsusilə xəstəliklərin qarşısının alınmasında çox vacib amillərdəndir. Əlləri yuyarkən su və sabunun əllərin hər bir hissəsinə çatmasına diqqət edilməlidir və əllər ən az 20-30 saniyə sürtməklə yuyulmalıdır. Əl yuyulması düzgün üsulla gigiyenik formada aparılmalıdır. Barmaq ucları, barmaq araları, dırnaq altları tez-tez unudulan sahələr olduğundan onların da təmiz yuyulduğundan əmin olmaq lazımdır. Əlləri yuduqdan sonra təmiz dəsmalla və ya ictimai yerlərdə birdəfəlik istifadəyə yararlı kağız dəsmallarla qurulmaq vacibdir. Unutmayaq ki, bakteriyalar nəm yerlərdə asanlıqla çoxala bilirlər.

Rəy bildir