Yuxu pozuntuları

Yuxu pozuntularının ən geniş yayilmiş növləri bunlardır:
Hipersomnia – Gün ərzində həddindən artıq yuxululuq ilə xarekterizə olunur. Belə insanlar normal həyatlarını idarə etməyi bacarmırlar. 2 növü var: əsas və təkrarlanan. Əsas növ hipersomniyası olan insanlar daimi yuxudan əziyyət çəkirlər. Təkrarlanan formada isə şəxsin 2-3 gün davam edən yuxululuq halı bir perioddan sonra yenə təkrarlanır.
İnsomnia – Yuxuya gedə bilməyən və çətin gedən insanlar insomniadan əziyyət çəkir. Belə insanlar uzun müddət oyaq qalırlar, tez oyanırlar və dəhşətli dərəcədə özlərini yorğun hiss edirlər. İnsomnia olan insanlarda stressə, depresiyaya, təşviş halına, diqqət dağınıqlıqğına, yaddaşsızlığa rast gəlinir. Nightmare Disorder (qarabasma) – Belə insanlarda yuxu ərzində tez-tez qarabasmalar olur, kabuslar görürlər, bu kabuslar daha çox onların təhlükəsizliyini risk altına salan tipdə olur. Bu hal daha çox şəxsin həyatındakı bədbəxt hadisələrin yaratdığı dəhşətli stresdən qaynaqlanır.

Sleep Terror Disorder (vahiməli yuxu pozuntusu) – Yuxu vahiməsi olan şəxslər gecə yuxudan qorxaraq və dəhşət içində oyanırlar. Bu pozuntu çox vaxt uşaqlarda, nadir hallarda böyüklərdə olur. Uşaq yuxudan qışqıraraq oyanır. Onlar yuxuda əl-qol hərəkətləri edirlər yaxud tərləmə, ürək döyüntüsünün arması olur və ya yuxuda gəzirlər.

keyboard_arrow_up