Cərrahiyyə

Medical Plaza klinikasında abdominal, torakal cərrahiyyə, urologiya, oruginekologiya, proktologiya, travmatologiya və s. sahələrdə ən müasir və unikal endocərrahi əməliyyatlar aparılır. Klinikamızın həkim kollektivinin böyük təcrübəsi və dünyanın aparıcı firmalarının tibbi aparatları sayəsində ən mürəkkəb cərrahi əməliyyatlar keçirilir.

Cərrahi xidmət – klinikamızın əsas geniş yayılmış sahələrindən biri də qarın boşluğunda aparılan endoskopik əməliyyatlardır. Eyni zamanda klinikamız pasientlərə cərrahi xidmətin bütün istiqamətləri üzrə açıq üsulla əməliyyatlar həyata keçirir.

Medical Plaza klinikasının cərrahi xidmət aşağıdakı özəllikləri ilə fərqlənir:

  • Ən son nəsil tibbi avadanlıqlarla təchiz olunmuş, yüksək standartlara cavab verən əməliyyat bloku
  • Avropanın bir sıra aparıcı klinikalarında təkmilləşmə kursları keçmiş təcrübəli cərrahlar
  • KARL STORZ (Almaniya istehsalı olan) yüksək texnologiyalı və az travmatik əməliyyatlar aparılmasına imkan verən endovideo avadanlıqlar
  • Əməliyyat zamanı ultrasəs müayinəsinin aparılmasının mümkünlüyü
  • Unikal cərrahi lazer metodları
  • Əməliyyatların videoarxivləşdirilməsi

Zəng edin (012)441-40-75 /77

Və ya bizə e-mail ilə yazın

Qısa zamanda sizinlə əlaqə saxlayacağıq