Dermatologiya

Dermatologiya – dərinin struktur quruluşu və funksiyalarını patologiya zamanı müəyyən edərək, dəri xəstəliklərinin diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahədir. Dəri xəstəliklərinin əmələ gəlmə səbəbləri müxtəlifdir. Dəri həmişə xarici mühit faktorlarının təsirinə məruz qalır (bakteriyalar, viruslar, ibtidailər, göbələklər və s.). Digər tərəfdən dəri daxili orqanlarla da sıx əlaqədədir. Buna görə də daxili orqanların hər hansı bir xəstəliyi dəriyə də təsir göstərə bilər.

Klinikanın mütəxəssisləri müasir dermatologiyanın ən son müayinə və müalicə üsullarından istifadə etməklə aşağıdakı xəstəlikləri müalicə edə bilir:

  • Dərinin allergik xəstəlikləri: atopik dermatit, Kvinke şişi, məxmərək və s.
  • Kontakt dermatitləri
  • Psoriaz və qırmızı yastı dəmrov
  • Mikozlar
  • Dərinin virus xəstəlikləri
  • Piodermiyalar
  • Akne, rozasea, seboreya
  • Tük və dırnaq xəstəlikləri və s.

Klinikada dəri xəstəliyi olan pasiyentləri kompleks müayinə etmək üçün aşağıdakı metodlardan istifadə edilir:

  • İmmun-allerqoloji müayinələr (immun statusun təyini, allerqotestlər)
  • Mikrobioloji testlər (əkilmə və antibiotiklərə həssaslıq)
  • Sitoloji və histopatoloji müayinələr
  • Kliniki və biokimyəvi analizlər
  • Müxtəlif infeksiyaların PZR diaqnostikası
  • Hormonal analizlər
  • USM və endoskopiya.

Terapevt, endokrinoloq, qastroenteroloq və s. mütəxəssislərin konsultasiyaları.

Zəng edin (012)441-40-75 /77

Və ya bizə e-mail ilə yazın

Qısa zamanda sizinlə əlaqə saxlayacağıq