Diaqnostika

Elektrokardioqrafiya (EKQ)

Ürək əzələsinin hər bir hüceyrəsi öz-özlüyündə sanki kiçik bir elektrik generatoru olub, qıcıq dalğasına cavab olaraq yüklənir və boşalır. EKQ elektrik impulslarının ürək əzələsində yayılmasını göstərərək hüceyrələrin summar işi barəsində məlumat verir.

EKQ nəticəsinə əsasən ürək vurğularının requlyarlığı, tezliyi, ürəkdaxili qan dövranının vəziyyəti, ürəyin müxtəlif şöbələrinin hipertrofiyası və s. barəsində məlumat almaq olar.

Exokardioqrafiya (ExoKQ)

Exokardioqrafiya – ürək əzələsinin və klapan aparatının ultrasəs vasitəsilə müayinəsidir. Medical Plaza Klinikasında müasir ultrasəs aparatı vasitəsilə exokardioqrafiya müayinəsi aparılır. Aparat ürəyin işi, ölçüləri, divarlarının qalınlığı, magistral damarların vəziyyəti, klapan aparatı barəsində ətraflı məlumat verir. Həmçinin aparat vasitəsilə ürəkdaxili qan dövranının rəngli doppler kartlaşdırılması, ürək boşluqlarında təzyiqin ölçülməsi də aparıla bilər. Ürək nahiyəsində ağrılar, EKQ müayinə zamanı aşkar edilmiş dəyişikliklərin dəqiqləşdirilməsi, auskultasiya zamanı ürəkdə küylərin eşidilməsi, ritm pozğunluqları, hipertoniya xəstəliyi, keçirilmiş infarkt, ürək qüsurları, ürək çatışmazlığı əlamətləri və s. exokardioqrafik müayinənin aparılmasına göstərişdir. Elektrokardioqrafiya və exokardioqrafiya müasir kardiologiyanın əsas diaqnostik metodları hesab edilir.

Endoskopiya

Klinikada geniş spektrli müasir diaqnostik, cərrahi manipulyasiya və müdaxilələr aparılır.

Diaqnostik müayinələr:

  • Fibroezofaqoskopiya
  • Fibroezofaqoskopiya + biopsiya
  • Fibroezofaqoqastroduodenoskopiya
  • Fibroezofaqoqastroduodenoskopiya + biopsiya
  • Fibrorektosiqmoskopiya
  • Fibrorektosiqmoskopiya + biopsiya
  • Sol tərəfli fibrokolonoskopiya
  • Sol tərəfli fibrokolonoskopiya + biopsiya
  • Total fibrokolonoskopiya
  • Total fibrokolonoskopiya + biopsiya
  • PH-metriya

Müalicəvi manipulyasiya və əməliyyatlar:

  • Qanaxmanın dayandırılması (diatermokoaqulyasiya)
  • Qida borusundan yad cisimin çıxarılması
  • Mədədən yad cisimin çıxarılması
  • Qida borusunun polipektomiyası
  • Mədənin polipektomiyası
  • Yoğun bağırsağın polipektomiyası
  • Nazointestinal və nazobiliar zondun qoyulması
  • Papillosfinkterotomiya – PST
  • Öd yollarından daşların çıxarılması
  • Xoldoxdakı daşların litotripsiyası
  • Mədə bezoarının mexaniki litotripsiyası
  • Kombinə olunmuş diaqnostik metodlar (endoskopik müayinə + rentgen müayinə)
  • Retroqrad pankreatoxolangioqrafiya – RPXQ

Rentgenodiaqnostika

Klinikada aşağıdakı müayinələr aparılır:

  • Ağciyərlərin rentgenoskopiyası
  • Ağciyərlərin rentgenoskopiya və rentgenoqrafiyası
  • Qida borusunun kontrastlaşdırılması ilə aparılan döş qəfəsi orqanlarının rentgenoskopiyası
  • Qida borusu, mədə və 12 barmaq bağırsağın rentgenoskopiyası
  • Qida borusu, mədə və 12 barmaq bağırsağın rentgenoskopiya və rentgenoqrafiyası
  • Qırtlaq-udlağın rentgenoskopiya və rentgenoqrafiyası
  • Qarın boşluğunun icmal rentgenoskopiya və rentgenoqrafiyası
  • Nazik bağırsağın rentgenoskopiyası və dinamik müayinəsi
  • Peroral kontrast maddə qəbulu ilə aparılan yoğun bağırsağın rentgen müayinəsi
  • İrriqoskopiya və irriqoqrafiya
  • Fistuloqrafiya
  • Xolesistoqrafiya
  • Ekskretor uroqrafiya
  • Histerosalpinqoqrafiya (kontrast maddə ilə)
  • Sistoqrafiya
  • Kəllənin rentgenoqrafiyası
  • Onurğa sütununun boyun şöbəsinin rentgenoqrafiyası
  • Onurğa sütununun döş şöbəsinin rentgenoqrafiyası
  • Onurğa sütununun bel-oma şöbəsinin rentgenoqrafiyası
  • Büzdümün rentgenoqrafiyası
  • Paranazal sinusların rentgenoqrafiyası
  • Çiyin oynağının rentgenoqrafiyası
  • Kürək sümüyünün rentgenoqrafiyası
  • Bazu sümüyünün rentgenoqrafiyası
  • Dirsək oynağının rentgenoqrafiyası
  • Mil-bilək oynağının rentgenoqrafiyası
  • Əl sümüklərinin rentgenoqrafiyası
  • Çanağın rentgenoqrafiyası
  • Bud-çanaq oynağının rentgenoqrafiyası
  • Bud sümüyünün rentgenoqrafiyası
  • Diz oynağının rentgenoqrafiyası
  • Aşıq-baldır oynağının rentgenoqrafiyası
  • Ayaq pəncəsi rentgenoqrafiyası

Ultrasəs müayinəsi (USM)

Klinikada aşağıdakı orqan və sistemlərin USM-i aparılır:

  • Qarın boşluğu orqanları
  • Sidik-ifrazat sistemi orqanları
  • Qadın cinsiyyət sistemi: uşaqlıq və yumurtalıqlar (transabdominal və transvaginal), follikulometriya (transabdominal və transvaginal), süd vəziləri
  • Kişi cinsiyyət sistemi: prostat vəzi (transabdominal və transrektal), xayaların USM-i
  • Endokrin sistem: qalxanabənzər vəzi, böyrəküstü vəzilər, pankreas, yumurtalıqlar, xayalar
  • Ağız suyu vəziləri, limfa düyünləri, yumşaq toxumalar
  • Dölün USM-i
  • Dölün 3D/4D USM-i

Doppleroqrafiya:

  • Yuxu arteriyalarının, vertebral arteriyaların, qarın aortası və onun şaxələri, yuxarı və aşağı ətraf arteriyaları və venalarının doppleroqrafiyası
  • Süd vəzilərinin, qalxanabənzər vəzinin, qarın boşluğu və kiçik çanaq orqanlarının, böyrəklərin, xayalığın, kişi cinsiyyət üzvünün doppleroqrafiyası
  • Dölün qan dövranı sisteminin və plasentanın doppleroqrafiyası

Zəng edin (012)441-40-75 /77

Və ya bizə e-mail ilə yazın

Qısa zamanda sizinlə əlaqə saxlayacağıq