Endokrinologiya

Endokrinologiya – tibbin daxili sekresiya vəzilərinin fəaliyyəti ilə məşğul olan bir sahəsidir.

Daxili sekresiya vəziləri müxtəlif hormonlar sintez edərək qana ifraz edir, bu hormonlar orqanizmin ayrı-ayrı orqan və sistemlərinə, mübadilə proseslərinə təsir göstərir. Orqanizmi həyati vacib prosesləri hesab olunan böyümə, inkişaf, döllənmə, maddələr mübadiləsi və b. kimi proseslərin tənzimlənməsində endokrin sistemin rolu əvəzedilməzdir.

Endokrin xəstəliklər bir çox səbəblərdən yarana bilər. Buraya genetik anomaliyalar, orqanizmdə gedən iltihabi proseslər, şiş xəstəlikləri, immun sistemin pozğunluqları, travmalar, qan dövranının pozulması, sinir sisteminin müxtəlif şöbələrinin zədələnməsi, toxumaların hormonlara qarşı həssaslığının azalması və s. aid edilə bilər.

Endokrin sistem xəstəliklərinə şəkərli diabet, piylənmə, hipotireoz, hipertireoz, düyünlü zob, hiperparatireoz, akromeqaliya, prolaktinoma, böyrəküstü vəzi çatışmazlığı və s. aiddir.

Endokrin xəstəliklərin ən əsas dianostikasını laborator olaraq qanda hormonların təyini təşkil edir. Klinikanın laboratoriya bölməsində dünyanın aparıcı firmalarının istehsalı olan avadanlıqlarda geniş spektrli biokimyəvi və laborator müayinələr aparılır. TSH, sərbəst və birləşmiş T3, T4, tireoqlobulin, tireoid mikrosomlarına, tireoqlobulinə, tireoid peroksidazaya qarşı antitellər və s.-in yoxlanılması qalxanabənzər vəzi xəstəliklərinin diaqnostikasında vacib rol oynayır. Mədəaltı vəzinin xəstəliklərində C-peptid, qlikohemoqlobin, insulin, proinsulin və s.-in təyini çox informativdir. Reproduktiv sistem xəstəliklərində FSH, LH, prolaktin, E3, E2, progesteron, total və sərbəst testosteron, xorionik qonadotropin, 17-ketosteroidlər, 17-OH-progesteron, dehidroepiandrosteron-sulfat və s. hormonlar yoxlanılır.

Böyrəküstü vəzi xəstəliklərində isə kortizol, AKTH və s. hormonların təyini vacib hesab edilir.

Eyni zamanda endokrinoloqun daha optimal müalicə metodunu təyin etməsi üçün EKQ, EXOkq, daxili sekresiya vəzilərinin və daxili orqanların USM-i, damarların doppleroqrafiyası, rentgen, KT, MRT və s. müayinə üsullarından, digər ixtisas həkimlərinin konsultasiyalarından istifadə olunur.

  • Qida və tənəffüs allergenlərin təyini
  • Qanın biokimyəvi və immunoloji testləri
  • Döş qəfəsinin rentgenoqrafiyası
  • Burun boşluğu, burun-udlaq və qırtlağın endoskopik müayinəsi.

Orqanizmə daxil olma yollarından asılı olaraq tənəffüs, qida, dəri allergenləri ayırd edilir. Bu allergenləri təyin etmək üçün Klinikanın laboratoriyasında xüsusi test aparılır. Allergiyadan əziyyət çəkən insanlarda bu allergenlərlə təmas nəticəsində qanda xüsusi İgE antitelləri əmələ gəlir. Göstərilən metod həmin antitellərin təyininə əsaslanır.

Zəng edin (012)441-40-75 /77

Və ya bizə e-mail ilə yazın

Qısa zamanda sizinlə əlaqə saxlayacağıq