Fizioterapiya

Elektroterapiya – elektrik cərəyanı, elektrik, maqnit və elektromaqnit sahələrinin orqanizmə göstərdiyi təsirə əsaslanan metodlar kompleksidir. Bu üsullar ilk növbədə yüklü hissəciklərin istiqamətinə görə qruplaşdırılır. 

 – Sabit cərəyan (qalvanizasiya) – yüklü hissəciklər yalnız bir istiqamətdə,mənfi qütbdən müsbətə doğru hərəkət edirlər.Bu cərəyan elektroforez (ionoforez) və dezinkrustasiya proseduraları üçün istifadə olunur.

–  Dəyişkən cərəyan – yüklü hissəciklərin hərəkəti periodik olaraq əks istiqamətdə gedir.

–  İmpulslu cərəyan – cərəyan hissə-hissə verilir.

Yuxarıda adları çəklilən hər bir cərəyan öz növbəsində müxəlif tezliyə malik ola bilər: yüksək, orta və aşağı tezlikli.

Yüksək tezlikli dəyişkən cərəyan darsonvalizasiya zamanı istifadə olunur. Darsonvalizasiya dərinin tonusunu, qan və limfa dövranını yaxşılaşdırır. Quruducu və iltihabəleyhinə təsir göstərdiyindən təmizləmə proseduralarından sonra və sızanaqların müalicəsində istifadə olunur. Qan dövranını yaxşılaşdırdığından saç tökülmənin müalicəsində yaxşı effekt verir.

Dezinkrustasiya – elektrik cərəyanı vasitəsilə məsamələrin dərin təmizlənməsi prosedurudur. Sabit cərəyandan istifadə olunur. Mənfi yüklü elektrodun üzərinə istənilən dezinkrustant məhlul ilə (1%-li natrium hidrokarbonat, 2%-li natrium salisilat) hopdurulmuş tampon sarılır, müsbət elektrod isə pasientin əlinə verilir. Mənfi elektrodun təsiri ilə məsamələr açılır, dəri piyi sabunlaşır, piy və tər vəzilərinin axacaqlarından xaric olunur. Sonra üz yuyulur, sonda isə dərinin pH bərpa etmək üçün müsbət yüklü elektrodla həmin sahələr 1-2 dəqiqə işlənir.

Elektroforez (ionoforez) – derman maddəsinin və ya kosmetik vasitənin elektrik cərəyanı vasitəsilə yeridilməsidir. Bu maddələr elektrik sahəsinin təsiri ilə dəriyə nüfuz edərək depo əmələ gətirir, limfa vasitəsilə dərindəki toxumalara keçərək müalicəvi təsir göstərir. Proseduranın effekti istifadə olunan maddənin farmakoloji təsirinə əsaslanır. Əgər yeridilən maddənin hansı qütbdən yeridilməsi məlum deyilsə adətən müsbət qütbdən istifadə edilir.

Kosmetologiyada istifadə olunan elektrostimulyasiya, mikrotok terapiya, iynəli lipoliz və s. aşağı tezlikli impulslu cərəyana əsaslanmışdır. Bu üsullar ümumilikdə əzələ və sinirlərə stimullaşdırıcı, qan və limfa dövranını normallaşdırıcı təsir göstərir, artıq çəki və sellülitin müalicəsində, əzələ boşluğunda, dəri sallanmalarında və ödemin aradan götürülməsi üçün istifadə olunur.

Kosmetoloji praktikada mikroaxın terapiyasına analoji olaraq liftinq, dərinin mübadilə proseslərinin yaxşılaşdırılması, cərrahi əməliyyat və dermabraziyadan sonra yaraların sağalması, ödemlərin azalması, kosmetik vasitələrin effektivliyinin artırılması məqsədi ilə istifadə olunur. Bu metod bədənin korreksiyası və sellülitin müalicəsində öz effektivliyinə görə elektrostimulyasiyadan geri qalmır. Digər kosmetik və aparat üsulları ilə birgə tətbiq oluna bilər.

Maqnitoterapiya – maqnit sahəsi materiyanın əsas növü olub vasitəsilə hərəkət edən elektrik yükləri arasında əlaqə və qarşılıqlı təsir həyata keçirilir.

Kosmetologiyada istifadə edilən maqnitoterapiyanın parametrləri:

  • Maqnit induksiyası 1-100% (1-dən 50 dərəcəyə qədər)
  • Impulsların tezliyi 1-200 Hs
  • Terapiyanın müddəti 1-99 dəq
 Maqnit sahəsinin orqanizmə daxil olma gücü onun tezliyi ilə əks, gərginliyi (maqnit induksiyası) ilə isə düz mütənasibdir.

Maqnitoterapiya oksigenin iştirakı ilə gedən fermentativ reaksiyaları gücləndirir və nəticədə bioloji membranların keçiriciliyi dəyişir.

UYT-axın (UVÇ-toki) – ultrayüksək tezlikli elektrik sahəsi sinir və damar sisteminə müsbət təsir göstərir, faqositar aktivliyi artırır və iltihabəleyhinə effekt verir.

Kosmetologiyada 80 vt gücü olan cihazlardan adətən iltihabi proseslərdə: furunkullar, hidradenitlər, fleqmonalar, sinir (nevralgiya, nevrit və s.) və damar sistemi xəstəlikləri zamanı istifadə olunur. Proseduranın müddəti 5-15 dəq, kura 2-15 seansdan ibarət olmalıdır. Əks göstəriş arterial hipertoniyadır.

Zəng edin (012)441-40-75 /77

Və ya bizə e-mail ilə yazın

Qısa zamanda sizinlə əlaqə saxlayacağıq