Kardiologiya

Kardiologiya – tibbin ürək-damar sisteminin xəstəliklərinin diaqnostika,müalicə və profilaktikası ilə məşğul olan bir sahədir.Medical  Plaza klinikasının kardiologiya şöbəsində ürək-damar sistemi xəstəliklərinin kompleks müayinəsi və müalicəsi aparılır:
         – Exokardioqrafiya (ExoKQ)
         – Holter
         – Tredmill-test
  Ürəyin işemik  xəstəlikləri
  Arterial  hipertenziya
  Arterial hipotenziya
  Revmatizm
 – Aritmiyalar
  Perikardit
  Miokardit
  Endokardit
  Kardiomiopatiyalar
  Xronik ürək çatmamazlığı
  Ürək qüsurları Aterskleroz
Klinikamızda elektrokardioqramma,doppler exokardioqrafiya,fiziki yük altında sınaqlar (tredmil),arterial təzyiqi və EKQ-nın sutkalıq monitoru,qanda lipid və ferment profillərinin öyrənilməsi aparılır.Klinikada  exokardioqrafiya müasir ultrasəs aparatından istifadə edilir.Aparat ürək fəaliyyətini tam olaraq qiymətləndirməyə imkan verir.Ürəyin  ölçüləri,divarlarının qalınlığı,klaöanların və magistral damarların vəziyyəti haqqında ətraflı informasiya verir.Bundan əlavə ürək boşluqlarında təzyiq təyin edilir,rəngli doppler vasitəsilə ürəkdaxili qan dövranının vəziyyəti öyrənilir. Kompleks müayinə üsüllarına həmçinin aşağıdakı metodlar da aid edilir :
  Laborator diaqnostika – kliniki (qanın və sidiyin ümumi analizi) və biokimyəvi müayinələr (lipid və karbohidrat mübadiləsi göstəriciləri və s.) kəskin miokard infarktı marketləri (troponin,mioqlobin,kreatin fosfokinazanın MB fraksiyası) və s.
–  Damarların doppleroqrafiyası
  Rentgen müayinə

Zəng edin (012)441-40-75 /77

Və ya bizə e-mail ilə yazın

Qısa zamanda sizinlə əlaqə saxlayacağıq