Kosmetologiya

  • Eximia
  • Skin Master Plus
  • Synchro HP
  • Ultrashape
  • Body and face analyzer
  • Diamagnetic Pump

Üzün kosmetologiyası (cavanlaşdırması və korreksiyası)

 

Üz dərisinə kompleks qulluq

 

  • Mezoterapiya (homeopatik, allopatik müalicə)
  • Qaşların, göz ətrafların və dodağın konturlu (sərhədli) makiajı
  • Travmatik çapıqların müalicəsi
  • Sərhədli (konturlu) və sahəli plastika
  • Dəridəki ziyillərin, papillomaların müalicəsi və yox edilməsi
  • Qeyri-invaziv mezoterapiya
  • Cihazlı kosmetoloqiya
  • Gözəllik inyeksiyası “Botoks”
  • Hiperhidrozun (yüksək tərləmə) müalicəsi
  • Civzələrin müalicəsi
  • Kimyavi pillinq
  • Yeni dəri törəmələrinin yox edilməsi

Saçların müalicəsi və canlandırılması

Saçların terapevtik müalicəsi (mezoterapiya)

ELOS Cavan, təravətli və parlaq dəri gözəllik təcəssümüdür. Lakin, həyat bir yerdə dayanmır, hər şey, o cümlədən, dəri də zamanın hökmünə tabedir. Yerin cazibə qüvvəsi, orqanizmin təbii yaşlanması, əlverişsiz ekoloji şərait, günəş şüaları, stress və bir sıra digər faktorlar dəriyə təsir göstərərək onun elastikliyini və tonusunu itirməsinə, qırışların, səthi kapillyarların və piqment ləkələrinin yaranmasına səbəb olur. Zaman axarının qarşısını almaq mümkün deyil, lakin dərini yeniləmək imkanı mövcuddur.

Çox funksiyalı eMax (Syneron Medical LTD, İsrail) cihazının köməyi ilə dərinin cavanlaşdırılması lazer yaxud işıq enerjisinin bipolyar radiotezlikli enerji ilə kombinasiyasından ibarət olan ən müasir ELOS texnologiyasının tətbiq edilməsi ilə həyata keçirilir. Arzuolunan nəticəyə görə müxtəlif başlıqlardan istifadə olunur:

Triniti – dərinin damar və piqment mənşəli qüsurlarının aradan götürülməsi, dərinin teksturunun yaxşılaşdırılması, liftinq, qırışların korreksiyası üzrə geniş spektrli cavanlaşma proqramıdır.

SRA başlığı 3mm qədər dərinlikdə yerləşən damar və piqment mənşəli qüsurları aradan qaldırır. Damar və yaxud piqment ləkələri optik enerjini udur və hədəf toxumanın temperaturu artır, daha sonra RF-enerji bu temperaturu effektiv müalicə üçün lazımi həddə çatdırır və ümumilikdə dərinin strukturunu yaxşılaşdırır. Proseduradan sonra səhti kapillayarlar solğunlaşır, piqment ləkələri isə əvvəl tündləşir, növbəti 14 gün ərzində dərinin səthindən cilalanır.

ST başlığı dərinin liftinqi üçün istifadə olunur. Kollagen və elastin liflərinin miqdarı azaldıqda dəri həcmini və elastikliyini itirir. ST başlığı vasitəsilə aparılan prosedura zamanı mövcud kollagen liflərinin strukturu yaxşılaşır və yenilərinin sintezi sürətlənir. Müvafiq başlıqda infraqırmızı şüa və bipolyar radiotezlikli enerjinin birgə istifadəsi dermanın 4-5 mm dərinliyə qədər isinməsini təmin edir.

Matrix İR lokal olaraq qırışların korreksiyası üçün istifadə olunur. Mikroşüalar şəklində verilən lazer enerjisinin təsiri ilə kollagen lifləri yığılır və yenidən burulur. Matrix İR başlığı ilə müalicədən sonra qırışların miqdarının azalması müşahidə olunur.

Matrix RF başlığında istifadə olunan yeni fraksion yüksək tezlikli texnologiyanın köməyi ilə dəri yenilənir, cilalanır, qırışlar, çapıqlar və striyalar azalır. Dərinin fraksion cavanlaşdırılması zamanı epidermis və dermanın mikroskopik sahələri termik ablasiyaya (koaqulyasiyaya) məruz qalır, dərinin regenerasiyası ablasiyaya uğramış mikrosahələrin ətrafındakı sağlam dəridən gedir və proseduranın effektini gücləndirir. Rf-enerji rəngindən asılı olmayaraq istənilən dəri tipində istifadə oluna bilər.

LVA başlığı RF-enerji və diod lazerindən birgə istifadə edərək aşağı ətraflarda rast gəlinən diametri 4 mm qədər olan vena və damar mənşəli qüsurları aradan götürür.

Zəng edin (012)441-40-75 /77

Və ya bizə e-mail ilə yazın

Qısa zamanda sizinlə əlaqə saxlayacağıq