Otorinolarinqologiya

Otorinolarinqologiya (LOR) – tibbin burun boşluğu, udlaq, qırtlaq, qulaq xəstəliklərinin müalicə və diaqnostikası ilə məşğul olan bir sahəsidir.

Klinikanın LOR-xidməti müasir standartlara cavab verən diaqnostika avadanlıqları ilə təchiz edilmişdir. “Kau” şirkətinin LOR-kombaynı vasitəsi ilə qulaq, burun, boğaz müayinəsi endoskopik üsulla aparılır. Endoskopik üsul LOR-üzvlərini və onların patoloji dəyişikliyini bir neçə dəfə böyüdülmüş vəziyyətdə monitorda müşahidə etməyə imkan verir.

Klinikanın LOR kabinetində bir sıra müalicə və diaqnostik prosedurlar həyata keçirilir:

  • Xarici qulaq keçəcəyindən qulaq kiri tıxacının xaric edilməsi
  • Politser üsulu ilə hava üfürülməsi
  • Perforasion təbil pərdəsinin kənarlarının yandırılması
  • Xarici qulaq keçəcəyindən yad cismin xaric edilməsi
  • Xarici qulaq keçəcəyinin furunkulunun açılması
  • Otohematomanın punksiyası
  • Burun boşluğunun yuyulması
  • Burun boşluğundan yad cismin xaric edilməsi
  • Burun boşluğundan biopsiya materialının götürülməsi
  • Burun sümüklərinin repozisiyası
  • Burun boşluğunun ön tamponadası
  • Burun boşluğunun arxa tamponadası
  • Burun boşluğunun ön və arxa tamponadası
  • Burun boşluğu furunkulunun açılması
  • Burun arakəsməsi absessinin açılması
  • Burun qanaxmasının dayandırılması
  • Paranazal sinusların punksiyası
  • Kisselbax sahəsinin koaqulyasiyası
  • Konxo inyeksiyası
  • Udlağa dərman preparatlarının sürtülməsi
  • Lakunaların yuyulması və qranulların yandırılması
  • Paratonzillyar absessin açılması
  • Udlaqarxası absessin açılması
  • Udlaqdan yad cisimlərin xaric edilməsi
  • Qırtlağa dərman maddələrinin yeridilməsi
  • Parasentez
  • Burun möhtəviyyatının Zonderman üsulu ilə sorulması.

Zəng edin (012)441-40-75 /77

Və ya bizə e-mail ilə yazın

Qısa zamanda sizinlə əlaqə saxlayacağıq