Plastik Cərrahiyyə

– Estetik Cərrahiyyə

– Rekonstruktiv Cərrahiyyə

– Yanıqlar

– Botox nədir?
– Dolğular
– Saç əkimi

Əməliyyatların nəticələri

 

Bədənizin xarici görkəmi müxtəlif səbəblərdən dəyişə bilər və ya pozula bilər.Bu səbəb bir şiş,anadan gəlmə qüsur,yaralanma və ya yaşlılıq ola bilər.Bu problemin görüldüyü  yer bədənimizin hər hansı bir sahəsi,məsələn,əllərimiz,üzümüz,qollarımız,ya da saçlarımız  ola  bilər.Plastik  cərrahiyyə bu  dəyişikləri və ya pozğunluqları  bərpa etməkdə,ya da daha yaxşı vəziyyətə gətirməkdir.Məsələn burun deformasiyası və nəfəs alma problemi olan xəstə əməliyyat edilərək burunun normal anatomiyası  bərpa edilir,nəfəs yolları açılır.Bu zaman burunun xarici görkəmi də düzəlir.Deformasiyalı burunun normal vəziyyətə gətirilməsi,nəfəs almanın normallaşdırılması funksiyasının bərpasına yönəlikdirsə,burnun xarici görkəminin yaxşılaşdırılması estetik bir müdaxilədir.

Bədənimizin xarici təbəqələrində görülən dəyişiklər eyni zamanda müvafiq nahiyədə funksiya pozğunluqları ilə bir yerdədir.Ümumiyyətlə fəlsəfənin qanunlarına görə görüntü ilə funksiya bir birindən ayrılmazdır.Pozulmuş funksiyaları bərpa edən müdaxilələr bərpa (rekonstruktiv) əməliyyatlarıdır.Plastik cərrahiyyənin əsasını təşkil edən müdaxillərdir.Məsələn, üz nahiyyəsində əmələ gəlmiş bədxassəli şişi götürdükdən sonra əmələ gələn böyük dəri defektinin bədənin başqa nahiyəsindən qaldırılan flep vasitəsilə bərpası.Bu müdaxilə xəstənin bədxasəli şişinin götürülməsi(onkocərrahiyyə),pozulmuş dəri örtüyünün bərpası (rekonstruksiya) və normala yaxın,estetik cəhətdən qəbul oluna biləcək  görüntü  əldə edilməsi (estetik cərrahiyyə) deməkdir.İxtisasın  tam adı Plastik, Rekonstruktiv və  Estetik cərrahiyyədir.Plastika  şəklini  dəyişə, istənilən  forma verilə bilən deməkdir.Rekonstruksiya bərpa etmək,olmayanı yenidən qurmaq mənasına gəlir.Estetik yönümüz isə var olanı gözəlləşdirmək məqsədi güdür.Plastik cərrahiyyə yeganə  tibbi ixtisasdır ki,onun orqan və ya orqan sistemi kimi predmeti yoxdur.Əyər qastroenteroloq mədə-bağırsaq sistemi,kardio-cərrah ürək-damar sistemini müalicə edirsə,plastik cərrahı görkəmimizə təsir edən patologiya və dəyişiklikləri müalicə edir.Bu tibbi problem üzdəki qırışıqlıq, əldəki kəsik,qalçada yataq yarası və başqa  problem ola  bilər.Hər  sahədə olduğu kimi, bizim sahədə də hər şeyi profesionallar həll edir.Müraciət etdiyiniz həkimin plastik cərrahiyyə mütəxəsisi  olduğundan əmin olun.Sadəcə həkim-mütəxəsis  sizə  ən doğru  yolu göstərə  bilər.

Zəng edin (012)441-40-75 /77

Və ya bizə e-mail ilə yazın

Qısa zamanda sizinlə əlaqə saxlayacağıq