Proktologiya

Babasil xəstəliyi ( hemorroy) – ən geniş yayılmış  xəstliklərdən biridir. Bizim klinikada problem radikal həll olunur və az invazin metodla!

Babasil  xəstəliyi – proktologiyada ən geniş yayılmış  damar xəstəliyidir və bu vaxt düz  bağırsağın aşağı (terminal) hissəsinin  kavernoz (mağaralı)  cisimləri genişlənir. Çox insanlar  bu  xəstəliyə  vaxtında  lazımı diqqət  göstərmədiyindən  xəstəlik əksər  hallarda  müxtəlif  fəsadlara  qədər inkişaf  edir.

Əsas əlamətləri:

– Defekasiya   aktından sonra  qanaxma;

– Defekasiya  aktı vaxtı və ya sonra  ağrı;

– Hemorroidal  düyünlərin  çölə  çıxması və sallanması;

– Anus  nahiyəsindən  patoloji  ifrasat, qaşınma  və  diskomfort hissi;

Əgər bu əlamətlərdən biri  varsa  vaxtında  həkimə müraciət etmək lazımdır!

Babasil  xəstəliyinin  erkən  diaqnostikası  həkimlərə  xəstəliyi  radikal  olaraq, xüsusilə  də  az invaziv  (ağrısız, kəsiksiz) metodların  köməkliyi  ilə  həll etmək imkanı  var.

 

Babasilin  təsnifatı:

I mərhələdə  ancaq  qanaxma  olur  və  hemorroidal düyünlər  çölə çıxmır.

II mərhələdə  düyünlər  xaricə  çıxsada  özləri   sərbəst  anal  kanala  qayıdır.

III mərhələ – düyünlər  daxilə,  bağırsağın  içərisinə  özləri  sərbəst  yox, əllə  qaytarılır.

IV mərhələ – hemorroidal  düyünlər  daxilə  qayıtmır  və  çox  hallarda  düz  bağırsağın  selikli  qişası  da xaricə  çıxmış  olur.

 

Müasir dövrdə bütün dünyada daha çox az invaziv üsulların tətbiqinə böyük üstünlük  verilir. Bu üsullara aiddir: infraqırmızı şüalarla mfotokoaqulasiya, skleroterapiya, lateks həlqələrin qoyulması, hemorroidal damarların ultrasəs dopplerometriyası nəzarəti  altında  bağlanması. Bu metodlar həm ambulator, həm də stasionar şəraitdə tətbiq edilir.

Medical Plaza Klinikasında babasil xəstəliyinin operativ müalicəsi ümumi cərrahiyyə uzmanı Dr. Edgard Nurməmmədov tərəfindən aparılır.

Zəng edin (012)441-40-75 /77

Və ya bizə e-mail ilə yazın

Qısa zamanda sizinlə əlaqə saxlayacağıq