Qastroenterologiya

Qastroenterologiya – tibbin mədə-bağırsaq siteminin xəstəliklərinin (qida borusu, mədə, on iki barmaq bağırsaq, qaraciyər, öd kisəsi və öd yolları, mədəaltı vəzi, nazik və yoğun bağırsaq) diaqnostika, müalicə və profilaktikası ilə məşğul olan bir sahəsidir.

Xroniki qastrit, pankreatit, mədə və 12 barmaq bağırsağın xora xəstəliyi, qastroezofagial reflyuks, xroniki kolit, xroniki virus hepatitlərinin geniş yayılması qastroenterologiyanı tibbin ən vacib sahələrindən biri etmişdir.

Klinikada mədə-bağırsaq sistemi xəstəliklərinin kompleks müayinəsi və müalicəsi aparılır. Bunun üçün klinikada çox geniş laborator-diaqnostik baza mövcuddur:

  • Mədə-bağırsaq traktının endoskopik müayinəsi
  • Rentgenoskopiya və rentgenoqrafiya
  • Qarın boşluğu orqanlarının USM-i
  • Qarın boşluğu damarlarının doppleroqrafiyası
  • Mədə, 12-barmaq, nazik və yoğun bağırsaq bioptatlarının morfoloji müayinəsi
  • Müxtəlif infeksiyaların seroloji diaqnostikası (İFA və immunohemilüminessensiya metodu ilə)
  • B və C hepatitlərinin PZR diaqnostikası aparılır. Bu, virusların nəinki keyfiyyət təyini, eyni zamanda qanda virus yüklənməsi də təyin edilir. C hepatitinin genotipinin təyin olunması da müalicənin düzgün aparılması üçün çox vacibdir
  • İmmunoloji, biokimyəvi, hormonal müayinələr
  • Koproloji müayinə (nəcisin əkilməsi, antibiotiklərə həssaslığının təyini, disbakterioz).
 

Son illərdə bütün dünyada milyonlarla insan xroniki virus hepatitlərindən əziyyət çəkir. Xəstəlik çox vaxt simptomsuz keçir, getdikcə proqressivləşir, qaraciyər sirrozu və hepatosellülyar karsinoma kimi ağırlaşmalarla nəticələnir. Qeyd etmək lazımdır ki, virusların müxtəlifliyinə baxmayaraq xəstəlik müalicəyə tabe olur.

Koloproktologiya

Klinkanın koloproktologiya şöbəsində yoğun və düz bağırsaq xəstəliklərinin kompleks müayinəsi, konservativ və operativ müalicəsi aparılır. Ambulator olaraq müxtəlif terapevtik və diaqnostik prosedurlar, kiçik invaziv əməliyyatlar aparılır. Xəstə ətraflı müayinə olunduqdan sonra ixtisaslı həkim-koloproktoloq tərəfindən hər bir pasiyent üçün individual və uyğun müalicə metodu təyin edilir. Yoğun və düz bağırsaq xəstəliklərinin diaqnostikasında aşağıdakı müayinə metodlarından istifadə olunur:

  • Anoskopiya
  • Rektoromanoskopiya
  • Kolonoskopiya
  • Yoğun bağırsağın rentgenoloji müayinəsi (irriqoskopiya və irriqoqrafiya)
  • Nəcisin laborator analizi, sitoloji və histoloji müayinələr

Hemorroy xəstəliyinin və düz bağırsaq çatının müalicəsi zamanı proktoloji müayinə olaraq videorektomanoskop istifadə olunur, bu da müayinə olunan nahiyəni vizual olaraq görməyə və müalicə etməyə imkan verir. Rektoromanoskopiya metodu S-vari və düz bağırsağın bir çox xəstəliklərinin diaqnostikasında istifadə olunur. Müayinədən öncə mütləq bağırsaqlar boşaldılmalı və təmizlənməlidir. Klinikanın ambulator koloproktoloji xidmətinin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:

  • Hemorroyun müxtəlif formalarının xırda invaziv və konservativ müalicəsi, eyni zamanda daxili hemorroidal düyünlərin lateks həlqələr vasitəsilə bağlanılması, sklerozlaşdırılması, tək-tək xarici düyünlərin trombektomiyası və s.
  • Anal çatların konservativ müalicəsi. Blokadalar aparmaqla ağrı simptomunun aradan qaldırılması.
  • Perianal nahiyədən itiuclu kandilomal

Zəng edin (012)441-40-75 /77

Və ya bizə e-mail ilə yazın

Qısa zamanda sizinlə əlaqə saxlayacağıq