Revmatologiya

Revmatologiya – təbabətin dayaq-hərəkət aparatı, yəni sümük-oynaq-əzələ-bağ sistemi və onurqa sütunu xəstəliklərini öyrənən bir elm sahəsidir.Bu qrup xəstəliklər “Revmatik Xəstəliklər (RX)” adlanır. Hal-hazırda 100-dən artıq mövcud olan RX-müalicəsi məhz həkim-revmatoloqun kompitensiyasına aiddir. Bundan əlavə, revmatologiya dayaq-hərəkət aparatı ilə birgə, daxili orqanların zədələnməsi zamanı  “Sistem xəstəliklərinin” öyrənilməsi ilə də birbaşa əlaqədardır.

Bel ağrıları, hava dəyişməsi ilə əlaqədar olaraq  ”sızıldayan” oynaqlar-bütün bunlar heç də düşündüyümüz kimi sadə bir əlamət deyil. Bunlar ciddi xəstəliyin ilkin əlamətləri ola bilər. Əgər vaxında məqsədyönlü müalicə aparılmasa, xəstəliyin sonu 70% hallarda əlilliyə gətirib çıxara bilər.

Zəng edin (012)441-40-75 /77

Və ya bizə e-mail ilə yazın

Qısa zamanda sizinlə əlaqə saxlayacağıq