Urologiya və Andrologiya

Urologiya – tibbin sidik-ifrazat sistemi və kişi cinsiyyət orqanlarının xəstəlikləri ilə məşğul olan bir sahəsidir.Andrologiya isə urologiyanın bir qolu olub kişilərdə cinsi sferanın pozğunluqları ilə məşğul olur (prostatit, prostat vəzinin adenoması,erektil disfunksiya,kişi sonsuzluğu və s.).

Medical Plaza klinikasının urologiya şöbəsində böyrəklər,sidik  kisəsi, uretra, prostat vəzi, kişi  cinsiyyət  orqanlarının  müxtəlif  xəstəliklərinin  müayinəsi, konservativ və operativ müalicəsi həyata keçirilir.

Klinikanın urologiya şöbəsində bir çox açıq (varikooselektomiya,hidrosele,orxektomiya,sünnət,sünnət xətasının düzəldilməsi,epididdimektomiya,hipospadiya,epispodiya,qasıq-xəyalıq yırtığı,adenomektomiya,episistomiya,troakar sistostomiya,nefrektomiya,parsial nefrektomiya,pielolitotomiya,peiloplastika,prostatektomiya,sistektomiya,sidik kisəsinin travmadan sonra bərpası,TVT,TOT və s.)endoskopik (prostat vəzinin və sidik kisəsinin TUR-ı,URS,Perkutan Nefrolitilapaksiya (PNL),laparoskopik-nefrektomiya,pieloplastika,prostatektomiya və s.) əməliyyatlar həyata keçirilir.

Klinikamızda olan tibbi avadanlıqlar sidik-cinsiyyət sisteminin bütün xəstəliklərinin diaqnostikasını aparmağa imkan verir:

–  Laborator diaqnostika – kliniki müayinələr (sidiyin ümumi analizi,sidiyin bakterioloji müayinəsi,spermoqramma,uretral yaxmanın və prostat vəzi şirəsinin mikroskopiyası və s.),biokimyəvi,hormonal müayinələr,sidik-cinsiyyət sistemi infeksiyalarının PZR,İFA və İFR üsulları ilə diaqnostikası və s.  ;

– Ultrasəs müayinəsi,iri və xırda damarların doppleroqrafiyası ;– Uroflometriya (sidik ifrazının keyfiyyətinin obyektiv müayinəsi) ;

 Rentgen diaqnostika – ekskretor uroqrafiya,sistoqrafiya (kontrast maddələrdən istifadə etməklə aparılır)

 Sistoskopiya (sidik kisəsinin endoskopik müayinəsi); Prostat vəzinin iynə biopsiyası,xayaların biopsiyası və biopsiya materialının histoloji müayinəsi ;

 Transabdominal və transrektal ultrasəs müayinəsi,iri və xırda damarların dopleroqrafiyası.

Xəstələrə ildə 1-2 dəfə bu cür müayinələrdən profilaktik olaraq keçmək məsləhət görülür.

Zəng edin (012)441-40-75 /77

Və ya bizə e-mail ilə yazın

Qısa zamanda sizinlə əlaqə saxlayacağıq